Ana Səhifə Manşet Mikroçip müharibələri başlayır

Mikroçip müharibələri başlayır

13

Çin-Tayvan qarşıdurması tarixən Çin -ABŞ qarşıdurması deyil. Bu baxımdan bugünki hadisələrə həsr olunmuş şərhlərin kökündə bir yanaşma səhvi var. Bu 40-ci illərdə davam eləmiş kommunist-millətçi çəkişmələrinin sonunda millətçilərin Tayvan adasına çəkilməsi ilə nəticələnən bir prosesdir.

1971 -ci ilə kimi BMT-də bütün Çini Çin Xalq Respublikası deyil, Tayvan yəni, ÇİN Respublikası təmsil edib. Daha sonra ÇXR-nı BMT tribunasına ABŞ- qaytarıb. Yəni ABŞ burada tarixi tərəf deyil. Bu gün də dünyada 20-yə yaxın ölkə Tayvanla münasibətləri üstün tutur. Çinlə Tayvan arasında münasibətlərin də tarixi təkcə gərgin anlardan ibarət deyil. Düzdür Çin kommunist blokuna yaxın olduğu üçün Qərb, xüsusilə Britaniya Tayvanla əlaqələr önəm veriblər, amma müəyyən zaman kəsiyində iki fərqli qütbdə yaşayan eyni xalqın nümayəndələri də dil tapmağa çalışıblar. 2008-ci ildə iqtisadi tərəfdaşlıq haqqında şərçivə sazişi də imzalayıblar.

Problem nədir?

2016-cı ilə kimi Çinin elə bir ümidi var idi ki, nə vaxtsa Tayvanı özünə birləşdirə biləcək. Amma Tayvandakı demokratik sistem elimlə yanaşı siaysətin də dəyişkənliyinin qarantı kimi çıxış etməkdə idi. Tayvanda keçirilən növbəti seçkilərdən sonra müstəqilliyin elan olunması ilə bağlı fikirlər səslənməyə başladı. Bu artıq Çinin ümidlərini sıradan çıxarmaqla yanaşı Qərb üçün də növbəti fürsətə çevrildi. Söhbət ondan gedir ki, Tayvan əldə etdiyi elmi və istehsalat nəticələri ilə demək ilar ki, dünyanın diqqət mərkəzindədir. Xüsusilə mikroçiplərin istehsalı sayəsində əldə etdiyi uğurlar demək olar ki, onu bu sahənin lideri edib. Çin Tayvanı özünə birləşdirməklə həm də bu texnologiyaları əldə etmək iddiasındadır.

Müasir müharibələr və Tayvan 

Müasir müharibələr və embarqolar onu deyir ki, savaşları udmaq üçün Tayvana nəzarət və ya Tayvanla dostluq çox önəmlidir. Məsələn, Tayvanın tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya maşın və texnika istehsalı demək olar ki, dayanıb. Çünki, müasir texnikanın beyini sayılan mikroçipləri dünyaya böyük miqdarda Tayvan ixrac edir. Çinin Tayvana belə hərisliklə yanaşması və ABŞ-ın da bu səviyyədə konfiliktə meyilli olması məhz bu amillə bağlıdır. ABŞ bilir ki, Çin Tayvanı ələ keçirərsə, gələcəkdə Pekinlə istənilən qarşıdurma Vaşinqton üçün çətin olacaq. Elə buna görə də bu cür riskli addımları gözə almağa məcbur olur. Nensi Pelosinin səfərinin Baydenin inzibati aparatı ilə razılaşdırılmamış həyata keçirildiyini iddia etmək bir qədər doğru təhlil deyil. Pentaqon sözçüsü Con Kirbi bu istiqamətdə verilən suala Bayden bu səfərə hörmət edir deyib.

Çin müharibə istəyərmi?

Çinin bu vəziyyəti hərbi müstəviyə keçirmək cəhdləri ola bilərmi? Görünən odur ki, Pekin çox qərarsız olduğu kimi həm də çıxılmaz vəziyyətdədir. Çünki hakimiyyəti onsz da Laxlamış Si Tsinpin növbəti dövrə laxlamış vəziyyətdə gedə bilməyəcəyini bilir. Yəni əgər ABŞ-da bir daxili gərginlik varsa, Çində də var və bu gərginlik hakimiyyətin birbaşa mərkəzi ilə bağlıdır. Buna görə də Çinin Si  hökuməti ehtimal olunan bir müharibənin onu gələcəyə apara biləcəyinə əmin deyil. Üstəlik ən böyük iqtisadi tərəfdaşı ilə müharibə. Ona görə də indilik biz hərbi müdaqxilədən daha çox, hərbi dildən istifadə olunacağını deyə bilərik.

Seymur Həzi