Foto: “Sputnik Armenia”
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan ad gününü təbrik etmək üçün ona zəng edib.
Ermənistan mediasının yaydığı məlumata görə, onlar ikitərəfli münasibətlərə və regional gündəliyə aid məsələləri də müzakirə ediblər.
Ermənistanın İctimai Radiosu bildirir ki, Paşinyan bəzi məsələlərdə nümayiş etdirdiyi “balanslı mövqeyə”, eləcə də dostyana münasibətinə və dəstəyinə görə Putinə təşəkkür edib. Qeyd olunur ki, onlar yaxın zamanlarda canlı görüşlərin davam etdirilməsi barədə də razılığa gəliblər.
“NEWS.am” nəçrinin yazdığına görə, Putinlə Paşinyan Avrasiya İqtisadi İttifaqının Astana sammitinin yekunlarını da müzakirə ediblər.
Son həftələr Rusiya və Ermənistan arasında gərginliklə müşayət olunub. Moskva Yerevanın Avropa İttifaqıyla yaxınlaşmasını tənqid edib, Ermənistan isə xarici siyasətdə daha müstəqil kurs götürdüyünü bəyan edib.
Bundan əvvəl Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.
Ermənistanda bir neçə gün sonra keçiriləcək parlament seçkiləri fonunda Rusiya-Ermənistan münasibətləri diqqət mərkəzində qalmaqda davam edir.
“Politfm”



