Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi “Şanqri-La Dialoqu” təhlükəsizlik sammitində çıxış edir, Sinqapur, 31 may 2026 (foto: “Reuters”)
Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumundakı çıxışında Tokionun “yeni militarizm” yoluna qədəm qoyduğu barədə Çinin ittihamlarını rədd edib və bu ölkəni hərbi potensialını sürətlə və qeyri-şəffaf şəkildə artırmaqda günahlandırıb (“Reuterts”).
O deyib ki, Çin müdafiə xərclərini yüksək templə artırmağa davam edir və Pekinin xarici siyasətdəki davranışı, eləcə də hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.
Koidzumi Yaponiyanın “yeni militarizm”də ittiham olunmasını əsassız adlandıraraq bildirib ki, nüvə silahları və strateji bombardmançı təyyarələrə malik olmayan ölkənin belə bir ittihamla üzləşməsi məntiqsizdir.
Çin tərəfi isə Yaponiyanın son illərdə müdafiə siyasətini dəyişməsini tənqid edib. Çinin forumdakı nümayəndə heyətinin üzvü, general Men Syantzin bildirib ki, militarizmin mirasıyla tam hesablaşmamış bir ölkənin müdafiə sahəsində beynəlxalq əməkdaşlıq barədə geniş danışmaq hüququ olduğuna və vaxtilə işğal etdiyi Asiya dövlətlərinin etimadını qazanacığına ciddə dərəcədə şübhə edir.
İki ölkə arasında münasibətlər ötən ilin noyabrında – Yaponiyanın Baş naziri Sanae Takaiçi Çinin Tayvana mümkün hücumunun Yaponiya tərəfindən hərbi cavab doğura biləcəyini deyəndən sonra daha da pisləşib.
Amma Koidzumi çıxışında qeyd edib ki, bütün fikir ayrılıqlarına baxmayaraq Tokioyla Pekin arasında dialoq qapısı açıqdır.
“Politfm”



