Foto: BBC (arxiv)
Ötən həftəsonu ABŞ və İran arasında hava zərbələri yenidən bərpa olunub. Hər iki tərəf Hörmüz boğazı yaxınlığındakı hərbi hədəfləri vurduğunu açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Goruk şəhərindəki və Qeşm adasındakı radar və dronların komanda-idarəetmə məntəqələrinə özünümüdafiə məqsədli zərbələr endirdiyini açıqlayıb.
Qurum bildirib ki, bu, ABŞ-nin beynəlxalq sular üzərində uçan MQ-1 dronunun vurulması da daxil olmaqla, İranın təcavüzkar hərəkətlərinə cavabdır.
CENTCOM-un “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, ABŞ qırıcıları İran hərbçilərinin hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə stansiyasına və bölgə sularından keçən gəmilər üçün təhlükə yaradan iki drona zərbələr endirilib; hücumlar zamanı heç bir amerikalı hərbi qulluqçu xəsarət almayıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, buna cavab olaraq Fars körfəzindəki – İranın cənub sahillərindən təxminən 65 km aralıdakı Sirri adasında yerləşənABŞ aviabazasını vurub.
“Politfm”



