ABŞ-nin Qabaqcıl Dəqiq Zərbə Silahı Sistemi (APKWS)(foto: “militarnyi.com”)



 

ABŞ Dövlət Departamenti Amerikanın Yaxın Şərqdəki müttəfiqlərinə – İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollar dəyərində silah satışını təsdiqlədiyini açıqlayıb. 

 

Qərar Konqresdən razılıq alınmadan verilib. Dövlət Departamneti bunu İranla müharibəyə görə yaranmış fövqəladə vəziyyətlə izah edib (“Reuters”).

Bildirilir ki, İsrail hökumətinə Qabaqcıl Dəqiq Zərbə Silahı Sistemi (APKWS) və əlaqəli avadanlıqların potensial satışı təsdiqlənib. Layihənin ümumi dəyəri 992,4 milyon dollar olaraq qiymətləndirilir.

APKWS sistemlərinin Qətərə 992,4 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə isə 147,6 milyon dollar dəyərində satışı da təsdiqlənib.

Bundan əlavə, Dövlət Departamenti Qətərə 4,01 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemi və əlaqəli avadanlıqların satışına icazə verib.
Küveytə isə inteqrasiya olunmuş döyüş idarəetmə sistemi və əlaqəli avadanlıqların mümkün satışı təsdiqlənib.

Layihənin ümumi dəyərinin 2,5 milyard dollar olduğu bildirilrir.



“Pentaqon”