Ana Səhifə Manşet Oliqarxiya ilə nə etməli?

Oliqarxiya ilə nə etməli?

11

Xəqani Cəfərli

Lüstrasiya, yoxsa, maliyyə amnistiyası?

Postsovet məkanında ən uğurlu islahatların müəllifi hesab olunan Mixail Saakaşvili oliqarxiyasızlaşdırmanın (deoliqarxizasiya) həyata keçirilməməsini başçılıq etdiyi iqtidarın ən böyük səhvi hesab edir. Həmin səhvin nəticəsində Bidzina İvanişvili, Kaxa Kaladze və digərləri birləşərək iqtidara gəldilər.

Gürcüstan isə 9 ildir ki, həmin səhvinin nəticəsi altında qalaraq 2013-cü ildən sonra Avroatlantik məkana intiqrasiya yolunda heç bir uğur əldə etməyib. Avropa Komissiyasının Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana Avropa Birliyinə üzvülüyə namizəd statusunu verməməsi də oliqarxiyanın 9 illik hakimiyyətinin nəticəsidir.

Mixail Saakaşvili iqtidarının ən böyük səhvini isə indi Avropa Birliyi və yenidən ayağa qalxan Gürcüstan cəmiyyəti düzəltmək istəyir. Avropa Birliyinin namizədlik statusu almaq üçün Gürcüstanın qarşısında qoyduğu 12 maddəlik tələbin ön sırasında deoliqarxizasiya gəlir. Avropa Birliyinin tələblərinin həyata keçirilməsinə nəzarət etmək və Avroatlantik məkana intiqrasiyanı təmin etmək üçün 20 iyunda başlayan hərəkat Brüsselin tələbləri ilə yanaşı öz tələblərini də irəli sürəcək. Əgər bu tələblərə əməl edilməsə hərəkat üzvüləri kütləvi itaətsizlik aksiyalarına başlayacaqlarını bildiriblər. Bununla bağlı bəyanatda deyilir: “Gürcüstanın bütün bölgələri və şəhərləri ayağa qalxaraq ölkəmizin Avropaya intiqrasiyasına mane olanların hamısını süpürüb atacaq”.

Ukraynanın da ən böyük problemi də zamanında deoliqarxizasiya həyata keçirilməməsidir. Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra deoliqarxizasiya haqqında qanun qəbul edilsə də, qanunun həyata keçirilməsində problemlər var. Buna görə Viktor Medvudçuk Ukrayna siyasətində güc mərkəzi yarada bilmişdi.

Oliqarxiyasızlaşdırmaya ən çox ehtiyacı olan postsovet respublikası Azərbaycandır. Ona görə də iqtidar dəyişikliyindən sonra Lüstrasiya, dekommunizasiya və deoliqarxizasiya haqqında qanunların qəbulu həyati əhəmiyyət kəsb edəcək. Buna görə maliyyə amnistiyası qəbuledilməzdir. Maliyyə amnistiyası oliqarxiyanın və korrupsionerlərin marağına xidmət edərək sosial ədalətin bərqərar olmasına imkan verməyəcək.

Tükiyədə də deoliqarxizasiya aktuallıq kəsb etməyə başlayıb. CHP-i lideri Kemal Kılıçdaroğlu iqtidara gəldikdə deoliqarxizasiya həyata keçirəcəklərini, Ərdoğanın yaratdığı oliqarxların xalqdan və dövlətdən oğurladıqlarını son qəpiyinə kimi alaraq xalqa qaytaracağını vəd edib. Türk politoloqlar Kemal Kılıçdaroğlunun bu vədini müxalifətin iqtidara qarşı mübarizəsində ən uğurlu siyasi addımı hesab edirlər. Müxalifət lideri oliqarxların öndə gedənlərini beşli çete adlandırır.

Göründüyü kimi oliqarxiyaya qarşı mübarizə ölkəmizin də yerləşdiyi çoğrafiyanın hər yerində əsas məsələyə çevrilir.