foto: “freepik”
Hesablama Palatası 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 1 milyard 554 milyon manat dəyərində zərər vurulduğunu aşkarlayıb.
Qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında belə deyib.
Zərərin struktur göstəriciləri aşağıdakı kimidir:
– maliyyə hesabatlarında düzgün əks olunmayan məbləğlər 626.3 milyon manat;
– uyğunluq elementləri üzrə pozuntular 584,8 milyon manat (bunun 170,4 milyon manatı birbaşa büdcəyə dəymiş zərərdir);
– səmərəsiz xərclər 342,9 milyon manat.
Gülməmmədov həmçinin bildirib ki, büdcəyə dəymiş zərərin 101,5 milyon manatının geri qaytarılması təmin edilib.
40,2 milyon manatlıq nöqsan üzrə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara (Baş Prokurorluq və s.) göndərilib.
“Politfm”



