Foto: Devid Pol Morris/”Blumberg”

 

2026-cı ilin cari məlumatlarına əsasən, “Meta” dünyanın ən yüksək əməkhaqqı verən texnologiya şirkətlərindən biri olaraq qalır.

Bu şirkətdə maaşlar təcrübə səviyyəsinə, vəzifəyə və ölkəyə görə kəskin fərqlənir. Şirkət əməkdaşlarının ümumi qazancı üç hissədən ibarətdir: baza maaşı, illik bonus və RSU (səhm şəklində ödəniş).

Orta illik gəlir səviyyəsinə görə mühəndis maaşı aşağıdakı kimidir:

– E3 (yeni məzun): 175,000 – 190,000 dollar;
– E4 (orta səviyyə): 250,000 – 290,000 dollar;
– E5 (baş mühəndis): 380,000 – 430,000 dollar;
– E6 (layihə mühəndisi): 600,000 dollar və daha yuxarı;
– E7/E8 (baş direktor): $1,000,000 və daha yuxarı.

Bildirilir ki, “Meta”nın rəqiblərdən transfer etdiyi top-İİ mütəxəssisləri üçün əməkhaqqı paketləri bəzən on milyonlarla dollar (hətta nadir hallarda daha çox) civarında ola bilir.

 “Microsoft” şirkəti proqram mühəndislərinə 83,000–284,000 dollar, “Google” isə 110,000 – 340,000 dollar arası maaş ödəyir.

“Meta”nın sahibi nə qədər maaş alır?

“Meta”nın sahibi Mark Zukerberq 2013-cü ildən bəri şirkətdən simvolik məbləğdə – illik 1 dollar əməkhaqqı alır. Bu, Silikon Vadisindəki bəzi milyarder rəhbərlərin (məsələn, İlon Maskın və ya “Google”-un qurucularının) istifadə etdiyi metoddur. Zükerberq heç bir nağd bonus və ya yeni səhm mükafatları da almır.

Maaşı 1 dollar olsa da, şirkət onun təhlükəsizliyi və şəxsi səyahətləri üçün hər il milyonlarla dollar xərcləyir – illik təxminən 25-27 milyon dollar. Zükerberqin şəxsi səyahətləri üçün istifadə etdiyi təyyarənin xərcləri də bu məbləğə daxildir.

Onun əsas qazancı “Meta” səhmlərindən gəlir. Zükerberq şirkətdə böyük pay sahibdir. Səhmlərin qiyməti artdıqca, onun da varidatı artır. Zükerberq hər il təxminən 700 milyon dollar dividend (mənfəət payı) alır. “Forbers” nəşrinin son məlumatına görə, onun ümumi sərvətinin dəyəri 200 milyard dolları ötüb.

2024-cü ildən etibarən “Meta” investorlara da dividend ödəməyə başlayıb.

“Politfm”