Ana Səhifə Manşet ƏLİYEV “TAYVAN”A QARŞI RUSİYA-ÇİN İTTİFAQINDA

ƏLİYEV “TAYVAN”A QARŞI RUSİYA-ÇİN İTTİFAQINDA

1

AZƏRBAYCAN RƏHBƏRİ SPEKİLYATOV ADDLMLARLA QƏRBDƏN VAXT QAZANIR

Rusiya və Çin arasında 800 səhifəlik məxfi anlaşma “Blak Moon” hakerlər qurupu tərəfindən əldə edilib. Bu məlumatı və daha geniş şərhi özündə əks etdirən materialı Böyük Britaniyanın “Müdafiə və Təhlükəsizlik Araşdırmaları üzrə Krallıq Birləşmiş Xidmətlər İnstitutu”yayıb. Əsas məzmun bundan ibarətdir ki, Rusiya Çinə Tayvanı tutamaq üçün hərbi dəstək verir, hətta Qolf meydanlarına tankları endirmək üçün birgə planlar qurulur.

Belə olan halda Rusiyanın və Çinin bu prosesi daha çox müttəfiqlə həyata keçirmək istəyəcəkləri şübhə doğurmur. Diqqət beynəlxalq avtoritarlar klubunun üzvlərinin mövqeyinə yönəlir. Maraqlı məqam Azərbaycan və Çin arasındakı ənənəvi bəyannamələrin mətnindəki dəyişiklikdə üzə çıxır. Çünki Azərbaycan və Çin Arasındakı daha əvvəlki bəyanatda Azərbaycan Çinin Tayvanı özünə birləşdirməsində yalnız sülh yolunu dəstəklədiyini deyirdisə, indi Çinin Tayvanı özünə birləşdirmək istiqamətində bütün cəhdlərini dəstəklədiyini bəyan edir. Yəni təkcə sülh yolunu dəstəkləyən siyasət artıq sona çatıb, öz yerini bütün cəhdləri ( müharibə də bu cəhdlərdən biridir) dəstəkləyən siyasətə verib. Bu bəyanatın hansı məqamda belə xarakter dəyişdirməsinə fikir verəndə biz Azərbaycan hökumətinin bəyanatını tayvana, həm də birbaşa ABŞ-a və bütöv qərbə qarşı Çin-Rusiya ittifaqına dəstək olduğunu görə bilirik.


Belə olan halda ortaya bir sual çıxır, bəs Əliyev nə üçün həm də bəzi Qərb dövlətləri və İnstitutları ilə yaxınlaşa meyilləri göstərir?
Görünür ki, Əliyev Avtoritarlar Klubunun planlaşdırdığı daha böyük müharibəyə və bu müharibənin onlar üçün arzuolunan nəticələrinə qədər hakimiyyətini qorumaq istəyir. İndiki halda Çinin tam hərbi-siyasi meydanda olmadığı, Rusiyanın isə bu meydanda zəiflədiyi vaxtda Qərbi qıcıqlandırmaq istəmir. Bu məqsədlə də onlarla bəzi işçi qrupları yaradır, onları razı salacaq ümumi sənədlərə qol çəkir, konkret addımlardan isə yayınır. Ancaq Tayvan məsələsində Qərbin deyil, Çinə və Rusiyanın mövqeyini, həm də hərbu müdaxilə məsələsini açıq dəstəkləməkdən çəkinmir.
SEYMUR HƏZİ