Ana Səhifə Dünya GÜRCÜ XALQI NƏYİN MÜBARİZƏSİNİ APARIR?

GÜRCÜ XALQI NƏYİN MÜBARİZƏSİNİ APARIR?

88

Bu günlərdə Gürcüstanda baş verənlər dünya və Azərbaycan  ictimaiyyəti tərəfindən gərgin izlənilməkdədir.  Gürcüstanın baş naziri İrakli Kobaxidze, rəsmi Tbilisinin 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina etdiyi barədə bəyanat verib. Bu bəyanat,  Avropa Parlamentinin Gürcüstandakı vəziyyətlə bağlı yeni parlament seçkilərinin beynəlxalq nəzarət altında keçirilməsini tələb edən qətnaməyə cavab kimi qiymətləndirmək daha doğru olardı. Bu qətnamədə yaxın ərəfədə Gürcüstanla bağlı ciddi qərarların qəbul olunması ilə bağlı müddəalar yer almaqdadır.

“Son parlament seçkilərindən sonra Gürcüstan demokratiyasının böhranı və seçki saxtakarlığı” adlanan sənədin lehinə 444, əleyhinə 72 deputat səs verib, 82 deputat isə bitərəf qalıb.

Aİ-nın qəbul etdiyi qətnamədə, seçki legitimliyinin ciddi şəkildə pozulması, bu seçkinin Avropa İttifaqına  namizəd olan ölkə standartlarına uyğun gəlməməsi, gürcü xalqının iradəsinin əksi etdirməməsi  və buna görə də  beynəlxalq ictimaiyyət tərəfindən seçkilərin nəticələrinin tanımaması qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, Avropa Parlamenti seçkilərin hər hansı şəkildə tanınmasını rədd edərək, bir il ərzində təkrar keçirilmısi tövsiyyə olunmuşdur. Avropa Parlamentinin əksər üzvləri,  yeni seçkinin yalnız ciddi beynəlxalq nəzarət altında ədalətli və şəffaf keçirilməsinin mümkünlüyünə inandıqlarını bildirmişlər. Avropa Parlamentinin deputatları, demokratik idarəçilik və azadlıqlar sahəsində ciddi şəkildə qüsurların davam edəcəyi təqdirdə  Gürcüstanın vizasız statusunu dayandırmaq imkanını yenidən nəzərdən keçiriləcəyi bildirilmişdir. Qətnamə  həmçinin demokratiyadan geri çəkilməyə, seçki standartlarının pozulmasına, inzibati resurslardan istifadəyə görə siyasi məsuliyyət daşıyan Gürcüstan siyasi hakimiyyətinin rəsmilərinə sanksiyalar tətbiq etməyə çağırır. Onların arasında Baş nazir Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Gürcü Arzusu  partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze,  keçmiş Baş nazir və monopolist oliqarx Bidzina İvanişvili də var.

Gürcüstanın hazırkı vəziyyəti ilə bağlı  müxtəlif siyasi  təhlillər və fikirlər  yer almaqdadır. Bəzi təhlillərdə Avropa İttifaqının  genişlənmə qərarının əvvəllər dəyərlər, prinsiplər və standartlar prizmasından verildiyini, lakin əslində geosiyasi aktor olmağa çalışmasını, buna guya “İqtisadi qəliblərlə”  məcbur olduğu və bu istiqamət üzrə perspektivin olmaması bildirilir.  Həmçinin ABŞ da  Trampın prezident seçilməsi ilə Avropa İttifaqının fəaliyyətinin yeni bir  mərhələyə keçəcəyi və daha çox geosiyasi aktor olmağa məcbur və məhkum ediləcəyi, xüsusən də regionda Amerikasız geosiyasi aktor olmaq sınağından keçəcəyi ilə bağlı subyektiv fikirləi də yer almaqdadır.

İlk növbədə qeyd etmək lazımdır ki, bu cür məsələlərdə təhlillərin  göydəndüşmə faktlarla rəngləndirilmiş şəkildə yer alması cəmiyyətdə yanlış fikirlərin yayılmasına və qeyri-obyektiv qənaətlırin sərgilənməsinə gətirib çıxarır. 

Fikirlərin bircinahlı görsənməməsi üçün Gürcüstanın müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə tarixi əlaqələrinin fəlsəfəsinə düzgün baxış olmalıdır. Gürcüstan dövlətinin 90-cı illərin əvvəlindən başlayaraq Avropa İttifaqı ilə, mərhələli şəkildə “tərəfdaşlıq və əməkdaşlıq haqqında”,  “Texniki yardım”, “Qonşuluq siyasəti”, “Qonşuluq və tərəfdaşlıq aləti”, “Şərq tərfdaşlığı”, “Vətəndaş cəmiyəti forumu”, “Avronest” və.s. formalarda əlaqələrinin davam etdirilməsi sıradan və təsadüfi əlaqələr deyildir və proses olaraq ciddi mahiyyət daşıyır.  Bu əməkdaşlığın tarixinə nəzər yetirsək gürcü xalqının hansı mənəvi həqiqətlərin və dəyərlərin yanında olduğunu və uzun illərdən bəri nələrdən ötrü mübarizə apardığına ağılabatan qiymət verməmək mümkün deyil. Yeri gəlmişkən bu mübarizənin region, eləcə də Azərbaycan xalqının gələcəyi üçün də mühüm əhəmiyyət daşımasının tərəfdarı olanların daha “səmimi və  rasional”  baxışlı olmalarını qeyd etsək heç də yanılmarıq.

Müqayisə üçün çoxsaylı əməkdaşlıq müqvilələrindən yalnz bir nümunəni götürək :

2003-cü ildən GürcüstanlaAvropa İttifaqı qonşuluq siyasətini (European Neighborhood Policy/ENP) nkişaf etdirməyə başladı, bunun da məqsədi genişlənmiş Avropa İttifaqının şərq və cənub qonşuluğunda yeni ayırıcı xətlərdən kənarlaşma və sözügedən qonşuluqda firavanlığa, dinc inkişafa və təhlükəsiz möhkənlənməyə dəstəyin verilməsi idi. ENP çərçivəsində Avropa İttifaqının qonşuları ilə münasibəti demokratiyaya, qanunun aliliyinə və insan hüquqlarının müdafiəsi dəyərlərinə istinad edir və tərəflər arasında siyasi, iqtisadi və mədəni yaxınlıq prosesinin dəstəkləndirilməsinə istiqamətlənmişdir. Bunlar aşağıdakılardır:

-Standartların və qaydaların uyğunluğu;

-Avropa İttifaqının “qonşuluq siyasətində” iştirak edən ölkələrə preferentiv ticarət rejimlərinin verilməsi, Avropa İttifaqının bazarına girişin asanlaşdırılması məqsədilə;

-İnsan Resursunun sərbəst yerdəyişməsi və qanuni miqrasiya əsaslarının yaradılması;

-Təhlükəsizlik məsələlərində, özəlliklə də, terrorizmə, transmilli mütəşəkkil cinayətə, narkotiklərin tranzitinə, trafikinqə, pulun ağardılması və korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi;

-Avropa İttifaqının münaqişələrin tənzimlənməsi (Conflict Resolution) və böhran vəziyyətlərinin idarəetmə (Crisis Management) məsələlərində daha aktiv iştirak;

-İnsan hüquqlarının müdafiəsi və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə daha çox səylərin yönəldilməsi;

-Avropanın qonşuluq siyasətində iştirak edən ölkələrin Avropanın nəqliyyat, enerji və telekommunikasiya şəbəkələrinə, eləcə də elmi tədqiqatların Avropa məkanına inteqrasiyası (European Research Area);

-Sərmayələrə dəstəyin verilməsi və onların müdafiəsinin yeni vasitələrinin hazırlanması;

-Avropa İttifaqının “qonşuluq siyasətində” iştirak edən ölkələrin tələbatlarına daha yaxşı yönəlmiş yardımın təmin edilməsi;

-Avropa Sərmayelər Bankının (EIB) kreditlərinin əlçatması daxil olmaqla, maliyyələşdirmənin yeni mənbələrinin axtarışı.

         Avropa İttifaqının  tövsiyyə etdiyi nəqliyyat, ətraf mühitin mühafizəsi və enerji, məşğulluq və sosial məsələlər; ictimai səhiyyə, təlim, təhsil və gənclər; mədəniyyət, informasiya, cəmiyyət və audiovizual siyasət, elm və texnologiya, ticarət, iqtisadiyyat və əlaqəli hüquqi məsələlər; hüquq, azadlıq və təhlükəsizlik kimi prinsipial məsələlərin təkcə gürcü xalqı üçün deyil, region və ümumiyyətlə istənilən bir xalq üçün, onun vətəndaşının, gələcək nəsillərinin rifahı üçün nə qədər əhəmiyyətli olması bəlli məsələdir. Bütün bunlar subyektiv olaraq geosiyasi, bəzən də geoiqtisadi çalarlar fonunda cəmiyyətə fərqli baxışlarla təqdim olunsa da əslində Gürcüstanda baş verənlər insanlıq ideallarına, azadlığa doğru can atan, bu yolu seçən  gürcü xalqının simasında şüurlu bir prosesin bariz görsəntisindən başqa bir şey deyildir. Məhz bu görsənti prosesin əsil fəlsəfəsinin nə məntiqini nə də mahiyyətini dəyişdirmir. Bəli Milli Təhlükəsizlik, ümummilli mənafe üçün heç bir ziddiyyət təşkil etməyən, vətəndaşn və gələcək nəsillərin rifahı üçün prioritet təşkil edən məsələlərin davamlı və təxirəsalınmadan həyata keçirilməsi tövsiyyələrini (məcburetmə yoxdur) dəstəkləyərək mənəvi həqiqətlər və dəyərlər uğrunda  dinc etiraz edən xalqlardan biri də bu səhnədə şübhəsiz ki, Gürcü xalqıdır. Bu dəyərlərin həyata keçirilməsinin qarşısını alan, saxta davranış və bəhanələrnən prosesə maneçilik törədən tərəf isə çox təəsüf ki, Gürcüstanın hazırkı siyasi hakimiyyətində təmsil olunanlardır. Amma nəzərə almaq lazımdır ki, güc, hakimiyyət resursları, imperialist və işğalçı havadarlara güvənmək, tarixin tərəzisinin ədalətli gözündə heç vaxt  ağır gəlməyib, gəlməyəcək də. Çünki dünyada hər bir şey, o cümlədən siyasət də obyektiv qanunlarla idarə olunur. Müəyyən qısa vaxt kəsimində nələrsə üstün tutula bilər, amma bu qanunlar heç vaxt dəyişilməyəcək. Çünki bu qanunların  axasında  insan maraqları dayanır. Yetər ki, bu maraqlar, bir xalqın insanlıq idealları üğrunda olsun. Bu gün gürcü xalqının mübarizəsi onun gələcək nəsillərinin maraqları uğrundadır. Bu bir xalqın haqq etdiyi rifah cəmiyyəti, insanlıq idealları və ümumilikdə mənəvi həqiqətlərin bərqərar olunması uğrunda böyük mübarizəsidir !!!  

XƏZƏR-ATLANTİK TƏDİQATLAR MƏRKƏZİ(R.A)

Əvvəlki məqaləSAHİBƏ QAFAROVA: ”ELƏ BİL Kİ, ÖLKƏ UÇURUMA GEDİR”
Növbəti məqaləGÜRCÜSTANDA HÖKUMƏT “ÇÜRÜYÜR”?