Ana Səhifə İqtisadiyyat SAHİBƏ QAFAROVA: ”ELƏ BİL Kİ, ÖLKƏ UÇURUMA GEDİR”

SAHİBƏ QAFAROVA: ”ELƏ BİL Kİ, ÖLKƏ UÇURUMA GEDİR”

103

PARLAMENT SƏDRİ DEPUTATLARIN SOSİAL MƏSƏLƏLƏRƏ TOXUNMASINA QƏZƏBLƏNİB

Sahibə Qafarova Milli Məclisin bügün keçirilən iclasında deputatlara irad bildirib. Xəbər başlığını görəndə bir anlıq düşünürsən ki, MM-in sədri deputatları seçicilərlə görüşmədiklərinə, xalqın problemlərinə biganə qaldıqlarına görə danlayıb. Amma sandığı açanda öz sadəlövhlüyünə görə təəssüflənirsən. Sahibə Qafarova deputatlara ona görə qəzəblənib ki, bir neçə deputat vətəndaşların sosial problemlərinə toxunub. Təsəvvür edin ki, parlamentdə qazilərin aşağı təqaüdünü, işsizlik problemini diqqətə gətirmək ən arzuolunmaz mövzu sayılır. Hansıki, bu adamların o damın altına toplanması xalqa vəkillik etmək üçün olmalıdır. Milyardları mənasız layihələrə xərcləmək olar, amma problemlərdən danışmaq, bu məsələlərə diqqət çəkmək yolverilməzdir.
Bəli, Sahibə Qafarova belə də deyib: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu barədə danışmırsınız?”
Neft milyardlarının fontan vurduğu ölkədə minimum əməkhaqqı 400 manata çaymayıb, qazi 80 manat təqaüdlə alçaldılır, uşaqpulu verilmir, yaşayış minimumu 270 manatdır, yüzminlərlə insan ölkədən qaçmaq məcburiyyəətində qalıb, vətəndaş qida rasionunu baltalamqla məşğuldur və parlamentin sədri deyir ki, inkişafdan danışın.
Sahibə Qafarova özü çox şeyə sahib olduğu üçün hər yer ona inkişafda görünür. Ona görə də vətəndaşın səfalətə sahib olmağını da müsbət qiymətləndirir.
Seçkili orqanda təyinatla oturanda, xalqa kölə kimi baxmaq zərurətə çevrilir.
Əslində, belə təfəkkür daşıyıcılarının millətə vəkillik etmək səlahiyyəti əldə etməsi, bir xalqın taleyində ən böyük tənəzzüldü.
Xalq öz hüquqlarına sahib çıxmayanda, Sahibələr sahiblik şansı qazanır. Sahibələrin sahiblik şansı qazanması isə, xalqın sahibsiz qalmasına xidmət edir.

Politfm.

Əvvəlki məqaləHİKMƏT HACIYEVƏ TÜRMƏDƏN AÇIQ MƏKTUB
Növbəti məqaləGÜRCÜ XALQI NƏYİN MÜBARİZƏSİNİ APARIR?