Qustavo Petro:”Demokratik haqqlar təmin olunacaq”
Kolumbiyada yüzlərlə insan hökumətə etiraz edib.
Kolumbiyanın bir çox şəhərində prezident Qustavo Petro hökumətinə qarşı çıxan yüzlərlə insan küçələrə çıxaraq etiraz aksiyaları keçirib.
Paytaxt Boqota ilə yanaşı Medelin və Kali kimi böyük şəhərlərdə toplaşan kütlələr hökumətin siyasətinə qarşı çıxıblar.
Boqotadakı Milli Parkda bir araya gələn yüzlərlə insan musiqi və şüarlar səsləndirərək tarixi Bolivar Meydanına qədər yürüş ediblər.
Meydanda toplaşan etirazçılara müraciət edən müxalif siyasi partiya nümayəndələri hökumətin qəbul etməyi planlaşdırdığı islahatların ölkəyə zərər verəcəyini iddia ediblər.
Etirazlar insidentsiz sona çatsa da, təhlükəsizlik qüvvələri dövlət binalarının ətrafında təhlükəsizlik baryerləri quraraq tədbirlər görüblər.
Prezident Qustavo Petro sosial media hesabında etdiyi açıqlamada ölkədə hər kəsin etiraz hüququna sahib olduğunu və əvvəlki hökumətlərdən fərqli olaraq etirazçılara zərər verilmədiyini vurğulayıb.
Demokratik idarəçilik prinsiplərinə sadiq olduqlarını qeyd edən Petro, “Mənə qarşı fikirlərini ifadə edən insanların sayı nə qədər çox olursa olsun, hökumətim onların bütün demokratik təminatlara malik olmasını təmin edəcək” ifadəsini işlədib.
Politfm