Ötən il ərzində qoyun sayı 531 min, iri buynuzlu mal-qara isə 111 min baş azalıb
.
Bu bir faktdır ki, ölkə insanı keyfiyyətli qida uğrunda mübarizə aparır. Xəstəliklərin kökü məhz keyfiyyətli qidalara bağlıdır. Üstəlik, sosial vəziyyətin ağırlığı vətəndaşa immunitetini gücləndirməyə imkan vermir. Mütəmadi olaraq ətin qiyməti qalxır və bu da yüzminlərlə ailə üçün ət məhsullarının istehlakını əlçatmaz edir. Amma statistikaya nəzər salanda görürük ki, vəziyyətin bu həddə çatması da yarıtmaz, məsuliyyətsiz idarəçilikdən qaynaqlanır.
Bu ilin əvvəlinə ölkədə 6,64 milyon baş qoyun mövcud olub. Ötən 1 il ərzində qoyun sayı 531 min baş azalıb. Ötən ilin sonuna ölkədə 2,51 milyon baş iribuynuzlu mal-qara mövcud olub ki, bu da il ərzində 111 min baş azalmadı.
İndi Azərbaycanda təxminən 50 min baş cins mal-qara mövcuddur. Ekspertlər hesab edir ki, təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan olarsa, ölkə həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.
Bu qədər əlverişli coğrafi şəraitimizin, münbit torpağımızın olmasına baxmayaraq, ətə olan tələbatımızın 70-80 faizini daxili imkanlar hesabına ödəyə bilmirik. Hansıki, düşünülmüş kənd təsərrüfatl siyasəti yürüdülsəydi, Azərbaycam həm daxili tələbatı ödəyər, həm də xaricə ət ixrac edərdi.
Nəticə isə budur ki, bu sahədə idxaldan asılılıq yaranıb, daxildə isə inhisarçılıq hökm sürür. Mövcud maaş və pensiyalarla isə ətə olan tələbatı ödəmək mümkün deyil.
İqtisadiyyat şöbəsi