Screenshot

Vətəndaşı aşağılamağın və yarıtmaz idarəçiliyin etirafı

Sən demə 8-ci kilometr (Vasmoy) bazarındakı söküntülər qanunsuz küçə ticarətinə, anti-sanitariyaya görə imiş və şəhərəin görünşünə xələl gətirirmiş. Bəs, bu qanunsuz ticarətlə məşğul olanlardan alınan pul qanuni imiş? Necə olur ki, illərdi bu qanunsuzluğu, anti-sanitariyanı görməyənlər indi qəfil hərəkətə keçiblər?
Əlbəttə ki, bütün bunlar ölkəmizdə keçirilən yarışa görədir. Xaricdən gələnlərə “inkişafımız fışqırır” mesajı verəcəyik. Ölkə vətəndaşı anti-sanitariya şəraitində yaşaya bilər, avtobusda basabasda gedə bilər, metorda sıxıla bilər və.s Əsas odur ki, xaricdən gələnlər gözəllik görsün.
Amma başa düşmürlər ki, dəvəquşu taktikasıyla heç kimi aldatmaq olmaz, internet əsridir.
Əslində, COP29-a görə qida təhlükəsizliyinə diqqət etmək, sərnişinnəqliyyatın fəaliyyətini tənzimləmək, anti-sanitariyanın qarşısını almaq, vətəndaşı təhqir etməkdi. Bəli, vətəndaşa “sənin heç bir dəyərin yoxdur, xaricdən gələn qonaqları razı salmaq önəmlidir” mesajı verilir.
Ölkədə iqlim dəyişikliyi probleminə həsr edilmiş zal tədbiri keçiriləcək. Amma az qalıblar bütün ölkəyə məhdudiyyət tətbiq etsinlər. Çünki bütün fəaliyyətlərinin yarıtmazlıqdan ibarət olduğunu bilirlər. Binaların üz qabığını ağartmaqla, hündürmərətbəli binalar tikməklə, sahibsiz tədbirlərə ev sahibliyi etməklə, eybəcər mahiyyətlərini gizlətmək istəyirlər. Hər dəfə belə tədbirlər zamanı məlum olur ki, hökumətin bütün fəaliyyəti imitasiyadan ibarətdi və ölkə insanının taleyi bu zehniyyət üçün heç bir əhəmiyyət kəsb etmir.

Politfm.com